XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2017 - 09:36

Pentaqon:“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib”

Piter Kuk

 “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib".

Bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onum sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

“Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyat yanvarın 8-də keçirilib. Bu,  “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının Yəməndə və regionun digər ölkələrində terror aktları hazırlamaq və həyata keçirmək imkanlarını azaldacaq”, deyə P.Kuk bildirib.

Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.   (APA)