XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2017 - 10:06

Yaponiyada qar səbəbindən 40 aviareystəxirə salınıb

qış2

Yaponiyanın şimal və mərkəzi regionlarına yağan güclü qar şənbə günü ən azı 40 daxili aviareysin təxirə salınmasına gətirib çıxarıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Əsasən, Yapon dənizi sahilində yerləşən Niiqatı və digər şəhərlərdən reyslər təxirə salınıb. Bol qar səbəbindən yerli hava limanı rəhbərliyi təmizlənməsi üçün uçma-enmə zolağının müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Güclü qar Naqoya və Osaka şəhərləri arasında işləyən "sinkansen" sürətli ekspress qatarlarının gecikməsinə də səbəb olub.  (Report)