XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 10:55

Bakıda daha bir marşrut xəttinin hərəkətindədəyişiklik edilir

37

Bakıda daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 16 yanvar 2017-ci il tarixindən Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

“Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti – Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi – Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər”, – deyə məlumatda vurğulanıb.   (APA)