XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2017 - 11:02

Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxil olan vəsait17 faiz artıb

DGK 1

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 235 milyon 5,4 min manat vəsait daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 34 milyon 199,7 min manat və ya 17,31 faiz çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə daxilolmalar 15 milyon 389,1 min manat və ya 7 faiz çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53 milyon 337,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158 milyon 553,2 min manat, aksizlər üzrə 5 milyon 37,7 min manat, yol vergisi üzrə isə 2 milyon 687,6 min manat təşkil edib.  (Azərtac)