Türkiyənin Bitlis şəhərində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi şəhid olub, digər ikisi isə yaralanıb.
Bu barədə Bitlis Şəhər Valiliyindən bildirilib.
Valilikdən qeyd olunub ki, atışma zamanı yaralanan iki hərbçinin həyatı üçün ciddi təhlükə yoxdur: “Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir. Təhlükəsizlik qüvvələri insanların rahat şəkildə yaşaması üçün terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək”. (Report)