XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 12:57

Azərbaycanda tətbiq olunan elektron imzaAİ ölkələrində tanınacaq

Azərbaycanda tətbiq olunan elektron imza Avropa İttifaqı (Aİ) ölkələrində tanınacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup deyib.

Onun sözlərinə görə, Şərq tərəfdaşlığı çərçivəsində elektron imzaların qarşılıqlı tanınması məsələlələri ilə məşğul olacaq işçi qrupu yaradılacaq.

K.Rup qeyd edib ki, bu ölkəyə səfərinin məqsədi Avstriyada e-imza, e-xidmətlər, kibertəhlükəsizlik sahələrində həyata keçirilən işlərin Azərbaycanda təqdim olunması, eyni zamanda, bu texnologiyaların tətbiq olunması üsullarının müəyyən olunmasıdır.

Azərbaycanda elektron imza və və elektron sənəd dövriyyəsi barədə qanunların olduğunu ifadə edən K.Rup əsas məsələnin bu xidmətlərin daha da təkmilləşdirilməsindən ibarət olduğunu deyib.