XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2017 - 17:56

Cəlilabadda sürüşməaktivləşib

Son günlər Cəlilabadda sürüşmə zonalarında aktivlik yenidən artmağa başlayıb. 

“Report”un Aran bürosu xəbər verir ki, rayonun ondan çox kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolu boyunca təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən qoparaq tədricən yola doğru hərkət edir. Bu da avtomobil yolunun bağlanma təhlükəsini yaradır.

Bundan başqa, avtomobil yolunun yamaclardan keçən hissələrində də yol yatağının sürüşməsi iri çatların yaranmasına gətirib çıxarıb.

Hətta yolun bəzi hissələrindəki asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb. Bu da ərazidə qəza riskini artırır.

Cəlilabadın Cəngan kəndində də sürüşmə təhlükəsi artmaqdadır. Yaşayış evləri üçün təhlükə olmasa da, kənd qəbiristanlığı və ona yaxın ərazilərdə sürüşməyə meyillilik hər gün artır.