XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 19:09

Maku Azad Ticarət Zonasının direktoru:“Azərbaycanla əməkdaşlıqda maraqlıyıq”

Hüseyn

“Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq”. 

Bunu Maku Azad Ticarət və Sənaye Zonasının baş direktoru Hüseyn Furuzan deyib.

O bildirib ki, 5 min kv.km ərazisi Maku Azad Ticarət və Sənaye Zonası Azərbaycan (Naxçıvan MR) və Türkiyə ilə sərhəddə yerləşir: “İki ölkənin yaxınlığını nəzərə alaraq, burada müştərək layihələr və proqramlar həyata keçirə bilərik. Bu, hər iki ölkənin xeyrinə olar. Bu gün Maku Azad Ticarət və Sənaye Zonasında vergi ödəmədən investisiya yatırmaq imkanı var. Azərbaycanın Naxçıvan Muxtar Respublikası bu əlverişli şəraitdən istifadə edə bilər. Şimal-cənub dəhlizi çərçivəsində dəmir yolu xətti vasitəsi ilə tranziti asanlaşdırmaq olar”.

H. Furuzan qeyd edib ki, Türkiyə öz sənayesini, xüsusi ilə tekstil sənayesi müəssisələrini Maku Azad Ticarət və Sənaye Zonasına köçürməkdə maraqlıdır.  (APA)