XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 19:56

Suriya ordusu 30-dan çox terrorçunuməhv edib

Suriya war

Suriya ordusunun döyüşçüləri və könüllülərdən ibarət dəstələr Deyr-əz-Zor şəhəri ərazisində İŞİD terrorçularının hücumunu dəf ediblər.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Səhər saatlarından davam edən şiddətli döyüşlər zamanı hökumət qüvvələri 30-dan çox terrorçunu məhv ediblər.

"İŞİD quldur dəstələri əvvəlcədən digər rayonlardan Deyr-əz-Zora əlavə qüvvə toplayaraq beş istiqamətdə hücuma keçiblər", – deyə Suriya Silahlı Qüvvələri komandanlığının nümayəndəsi bildirib.

Məlumata görə, terrorçular şəhər ətrafındakı hərbi aerodromu yenidən ələ keçirmək istəyiblər və bunun üçün minalanmış avtomobillərdən istifadə ediblər, lakin onların hamısı atəş zərbələri ilə məhv edilib.

Hazırda təqribən 200 min nəfərin yaşadığı Deyr-əz-Zor 2014-cü ildən mühasirə vəziyyətindədir.  (Report)