XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2017 - 20:34

Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarınaABŞ-ı dəvət etmək niyyətindədirlər

Mövlud 1

Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər. Bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.  

“ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik”, – deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə  görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.  

“Hazırkı mərhələdə hansı tərəflərin hansı səviyyədə Astanada təmsil olunacağı məsələsi nəzərdən keçirilir”, – deyə nazir qeyd edib.   

Çavuşoğlu qeyd edib ki, Suriyadakı kürd terror qruplaşmalarının (YPG, PYD) nümayəndələrinin danışıqlarda təmsil olunması yolverilməzdir: “Danışıqlarda nizamlanmaya səmərəli tövhə verə biləcək tərəflər iştirak etməlidir”.    (APA)