XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 21:48

Konsul:"Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir"

Yasin

"Türkiyə iş adamları Gürcüstanda 4 beşulduzlu mehmanxana, 5 zavod və xəstəxana tikiblər".

Bu barədə Türkiyənin Batumidəki baş konsulu Yasin Temizkan “Anadolu” agentliyinə bildirib. Baş konsulun sözlərinə görə, Acarıstanda  400 türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 20 min nəfər yerli əhali çalışır.

Y. Təmizkan qeyd edib ki, türk iş adamları nəinki Gürcüstan paytaxtına investisiya yatırır, eyni zamanda ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirirlər.

Diplomat Türkiyə-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib.

Baş konsul Y. Təmizkan Türkiyənin Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu deyib.  (APA)