XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 23:51

Türkiyə “Aydınlar ocağı”nın başqanı:“2016-cı il qloballaşmanın çökdüyü ildir”

Başqan

“2016-cı il qloballaşmanın çökdüyü ildir”.

Bu sözləri Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsündə “Avropa Birliyi yuxusunun sabahı” mövzusundakı çıxışında Türkiyə “Aydınlar ocağı”nın başqanı, professor Mustafa Ərkal deyib.

İkinci dünya müharibəsindən sonra Yunanıstanı neytrallaşdırmaq məqsədi ilə Türkiyənin bir çox beynəlxalq quruma üzv olduğunu xatırladan Mustafa Ərkal, bunu “Türkiyənin sanki özünə borc bilməsi” kimi xarakterizə edib. Türkiyə ilə Avropa Birliyi arasında 1963-cü ildə imzalanan Ankara sazişindən keçən müddət ərzində Ankara ilə Brüssel arasındakı münasibətlərin ümumi vəziyyətini professor Ərkal bu şəkildə xarakterizə edib: "1963-cü ildən 2017-ci ilə qədər keçən vaxtda Türkiyənin AB-yə üzvlük cəhdləri  şərəf və heysiyyətə toxunan örnəklərlə doludur. Avropa Birliyi bizi daima özündən aşağıda gördü, sanki onlar işləyib Türkiyənin avara və tüfeyli əhalisini bəsləyəcəkdilər. Bu cür yaxınlaşma tərzi ilə Türkiyənin AB üzvlüyünə qəbul edilməsi mümkün deyildi”.

Türkiyənin “Başqalarına söykənərək ayaq üstündə durma” siyasətini  tənqid edən “Aydınlar ocağı” başqanı Mustafa Ərkal, müasir dünyada dövlətlərin müstəqil olmasının əsas şərtinin  qloballaşmaya tabe olmaq deyil, milliyyətçi siyasət yürüdərək daha güclü olmaqdan keçdiyini vurğulayıb. ”2016-cı il-qloballaşmanın çökdüyü il olub. Biz Avropaya yaxşı baxmalıyıq, uzaqdan yox, içəridən baxmalıyıq ki,orada öz yerimizin olub-olamayacağını görə bilək. Bir beynəlxalq ittifaqa daxil olmaq və ya oradan çıxmaq, gecə klubuna girib-çıxmaq deyil. Bundan sonra Türkiyə öz addımlarını ciddi hesablamalardan sonra atmalıdır”, – deyə çıxışını bitirən  professor Mustafa Ərkal dinləyicilərin bəzi suallarını cavablandırıb və oxucular üçün kitablarını imzalayıb.    (APA)