XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2017 - 09:34

“Sunday Times” nəşri:"Tramp Putinlə Reykyavikdə görüşməyi planlaşdırır"

sunday

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Reykyavikdə görüşməyi planlaşdırır. Bu barədə “Sunday Times” nəşri məlumat yayıb.

“Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır”, – deyə nəşrin məlumatında bildirilir.  

Məlumata görə, yeni prezidentin keçid komandasından bildirilib ki, Trampın prezident qismində ilk xarici səfəri Reykyavikə olacaq.

Tramp bundan əvvəl “Wall Street Journal”a müsahibəsində inauqurasiyadan  sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.   (APA)