XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 Yanvar 2017 - 09:38

Trampın nümayəndəsi ABŞ və Rusiya liderlərinin görüşünə dairxəbəri təkzib edib

tramp-2

Trampın nümayəndəsi “Sunday Times” nəşrinin  ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiya lideri Vladimir Putinlə Reykyavikdə yaxın zamanda görüşmək niyyətində olmasına dair yaydığı xəbəri təkzib edib.  

Həmin xəbər “yüz faiz yalandır”.  

Qeyd edək ki, “Sunday Times” bundan əvvəl Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu bildirib. 

Məlumata görə, Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.   (APA)