XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2017 - 13:01

Yəmənin şərqində 11 husi döyüşçüsü öldürülüb, onlarla silahlı yaralanıb

Yəmən 2

Yəmənin şərqindəki Şabva vilayətində "Ənsərullah" (husilər) hərəkatının silahlıları ilə baş vermiş döyüşdə 11 husi öldürülüb.

Bu barədə Yəmən ordusunuin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı həmçinin onlarla husi yaralanıb. Hökumət qüvvələrinə qarşı döyüşlərdə devrilmiş prezident Əli Abdulla Salihin tərəfdarları və husilər iştirak edirlər.

Qeyd edək ki, ölkədə hərbi qarşıdurma 2014-cü ilin sentyabrından davam edir.    (Report)