XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2017 - 13:45

Meksikalılardan Putinə müraciət:"Vladimir Putin, sizə ehtiyac duyuruq”

putin-n

Meksikada Freppi Sovetiko ləqəbli şəxs ölkəsində olan siyasi və sosial problemlərin həll üçün petisiyaya start verib.

Adı çəkilən şəxs hazırladığı petisiyanı “Chance.org” saytında “Bərbad hökuməti aradan qaldırmaq üçün Rusiyanın Meksikaya müdaxiləsi” başlığı ilə yayımlayıb.

Sovetiko iddia edib ki, Meksikada siyasi vəziyyət tarixin ən pis günlərini yaşayır:

“ABŞ və BMT ölkədəki durumu yoluna qoymaq üçün faktiki olaraq heç nə etmir. Hər şeyi oğurlayan meksikalı siyasətçilərin qarşısını alacaq şəxsə ehtiyac var. Bu gün Meksika bu talanlar səbəbindən qan itirir. Vladimir Putin, sizə ehtiyac duyuruq”.  (Axar.az)