Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, bundan əvvəl təyyarənin "Türk Hava Yolları"na məxsus olduğu bildirilirdi.