XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 11:09

Zaxarova:"ABŞ kəşfiyyatı Primakova dərman almaq istəyən diplomatımızı "verbovka" etməyə çalışıb"

Zaxarova 2

"ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

M. Zaxarova bildirib ki, vaxtilə Y. Primakovun müalicəsi üçün ABŞ-da satılan bir dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanı alması üçün tapşırıq verilib və keçmiş baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib. "Bütün rəsmi proseduralara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olduqda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər. Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib. Diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Nəticədə preparat diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb”.

M. Zaxarava əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri hadisəni qəbuledilməz adlandırıb və preparatın Rusiyaya çatdırılması üçün əllərindən gələni edəcəklərini söyləyib. "Təəssüf ki, çox vaxt itirildi", – deyə XİN nümayəndəsi qeyd edib.

C. Kerrinin müdaxiləsinə baxmayaraq, həmin diplomat bir qədər sonra ABŞ-dan çıxarılıb.    (APA)