XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 11:11

Qarabağda şəhid olmuş hərbiçi bu gün Astarada dəfn olunub –FOTO

astara

Şəhid Fikrət Bəşirov bu gün Astarada dəfn olunub.

 Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. (APA)

 Şəhid Astaranın Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.

 Dünən Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Qeyd edək ki, F. Bəşirov müddətdən artıq hərbi qulluqçudur. Onun qız övladı beş gün əvvəl dünyaya göz açıb.

astara02

astara03