XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 11:17

Baş Prokurorluğun 5 əməkdaşının istintaqı yekunlaşıb

BAş Prokuror

 Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin cinayət işləri məhkəməyə göndərilib: "Bundan başqa, daxil olmuş müraciətlər nəticəsində Baş İdarənin təqdimatı əsasında Baş Prokuror Zakir Qaralovun əmri ilə 3 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfər isə işdən azad edilib".