XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 16:57

Terror dəstələrinə qoşulan 58 şəxs Azərbaycan vətəndaşlığından çıxarılıb –Miqrasiya Xidməti

ISID QAFQAZ

"Son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib".

 Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsində bildirib.

 Azərbaycan hüdudlarından kənarda 58 nəfərin dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib. Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.

 2016-cı ildə 7.956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə  imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olduğu müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.