XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 17:09

Beynəlxalq Bank:“Altı filialla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik”

bank beynelx

Azərbaycan Beynəlxalq Bankı (ABB) haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib.

 Bankın mətbuat xidmətindən  verilən məlumata görə, ABB Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filialları ilə bağlı araşdırmaların aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. “Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib”, – deyə açıqlamada vurğulanıb. (APA)

 Məlumatda bildirilib ki, ABB fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır: “Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq”.