XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 22:06

Aydın Əliyev iki idarədə xidməti müşavirə keçirdi,tapşırıqlar verdi

Aydın Əliyev

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində mövcud vəziyyətlə tanış olub.

Strateq.az DGK-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslər, o cümlədən yük avtomobillərinin sürücüləri ilə söhbətlər aparılıb, onları narahat edən məsələlər öyrənilib.

Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqələrindəki şərait, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərin olmadığını bildiriblər.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə Biləsuvar və Astara gömrük idarələrində xidməti müşavirə keçirilib.

Müşavirədə sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.