XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 10:00

Qırğızıstanda matəmdir –Səbəb

Qırğızıstan

Bu gün – yanvarın 17-si Qırğızıstanda matəm günü elan edilib. Ölkə dünənki qəzada həlak olanları yad edir.

Dünən Türkiyə təyyarəsi Qırğızıstanın paytaxtına enərkən, paytaxt yaxınlığındakı kəndə düşüb, 20 evi dağıdıb, 37 adam, o cümlədən uşaqlar həlak olublar.

Hadisə yerli vaxtla səhər saat 7:30-da baş verdiyindən kənd sakinlərinin çoxu evində imiş, işə, məktəbə hazırlaşırmışlar.Kəndə düşən yük təyyarəsinin heyəti-2 pilot və yükdaşıma şirkətinin iki əməkdaşı da həlak olublar. Hadisənin səbəbi, hələ ki, bəlli deyil.

Qırğızıstan prezidentinin göstərişiylə qəzanın səbəbinin araşdırılması və ölənlərin ailələrinə yardım məqsədilə xüsusi komissiya yaradılıb.