XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 12:36

“Təfəkkür”dən bu il neçə tələbəyə diplom veriləcək? –Nazirlik açıqladı

tefekur

"Hazırda "Təfəkkür" Universitetində 750 tələbə təhsil alır".

Təhsil Nazirliyindən verilən xəbərə görə, onlardan 124 nəfəri sonuncu kursda oxuyur. Həmin tələbələr bu ilin yayına kimi tədrislərini davam etdirərək Təfəkkür Universitetini bitirə biləcək.

Digər tələbələrin isə qış imtahan sessiyasından sonra digər ali məktəblərə köçürülməsi təmin ediləcək.

Bununla bağlı yaradılan İşçi Qrup tərəfindən tələbələr ixtisaslarına və qəbul zamanı topladıqları ballara uyğun olaraq digər ali məktəblərə yerləşdiriləcək.

APA