Tehran vilayətinin asayiş idarəsinin rəis müavini Möhsün Nasix Həmədani bildirib ki, yanvarın 16-da axşam saatlarında paytaxt səmasında görünən pilotsuz uçuş obyektlərinin xarici dövlətlərə məxsusluğu hələlik təyin edilməyib.
Strateq.az xəbər verir ki, M.Həmədani açıqlamasının davamında deyib ki, araşdırmaların ilkin nəticəsi yanvarın 18-də elan ediləcək.
Xatırladaq ki, yanvarın 16-da Tehran səmasında iki pilotsuz uçuş aparatı qeydə alınıb. Onlar İran paytaxtının Vəliyi-Əsr xiyabanına doğru hərəkət ediblər. İran hərbi hava müdafiə qüvvələri hər iki obyektə atəş açıb.
Ə.Rzazadə