XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 16:05

“Obamadan fərqli olaraq, Trampla daha effektiv əməkdaşlıq olacaq” –Lavrovdan bəyanat

lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni bəyanatla çıxış edib.

Bəyanata əsasən, Donald Trampın inauqurasiya mərasimindən sonra la Suriya böhranının tənzimlənməsində rəsmi Moskva ABŞ-la daha effektiv əməkdaşlığa ümid edir. Eyni zamanda, Rusiya BMT və ABŞ təmsilçilərinin Astana görüşünə dəvət edilməsini məqsədəuyğun sayır.

Görüş Rusiya ilə ABŞ-ın yeni prezident dövründə ilk kontaktı olacaq. Bu görüş ərzində Suriyada terrorizmə qarşı mübarizənin effektliyini artırmaq məsələsi müzakirə ediləcək.

Lavrov eyni zamanda qeyd edib: "Tramp terrorizmə qarşı mübarizə məsələsinin əsas xarici siyasət prioriteti olacağını bəyan edib. Düşünürəm ki, terrora qarşı mübarizədə Suriya böhranı məsələsində və digər problemlərdə qarşılıqlı əməkdaşlıq Obama administrasiyasına nisbətən daha effektiv olacaq".

Ölkə.az