XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 17:19

Banqladeş səfiri:“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”

banqlades

“Bu il Azərbaycanla Banqladeşin XİN-i arasında ilk siyasi məsləhətləşmələr keçiriləcək”.

\bunu Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki bildirib. “Hökumətlər bir araya gəlməsə, iki xalqı bir-birinə yaxınlaşdırmaq çətin olacaq. Xırda və orta sahibkarlar, maliyyə institutları bir yerdə işləsələr, bir-birimizdən çox şey öyrənə bilərik”, – deyə o, söyləyib. 

Səfir deyib ki, Azərbaycan və Banqladeş istər BMT, istərsə də İƏT çərçivəsində dost ölkələrdir və bir-birini dəstəkləyir. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bölüşdüklərini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dünya ictimaiyyətinin münaqişə ilə bağlı tanıdığı faktları və rəqəmləri biz də bölüşürük. Biz münaqişənin sülh yolu ilə nizamlanmasını və insanların əziyyətlərinə son qoyulmasını istəyirik”.  (APA)