XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 22:20

Nigeriya ordusu səhvən qaçqın düşərgəsinə aviazərbə endirdi –Azı 100 nəfər öldü

niger

Nigeriya Hərbi-Hava Qüvvələrinin səhvən qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.  

APA-nın  “Reuters”-ə istinadən verdiyi xəbərə görə, hökumət,  “Boko Haram” terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirildiyini etiraf edib.  

Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.