Rusiya prezidenti Vladimir Putin ölkəsinin Yaxın Şərqdə aparıcı rol oynamasına nail olub.
Bunu ABŞ-ın respublikaçı senatoru Con Makkeyn bildirib. Onun fikrincə Rusiya lideri arzularını çox ağıllı üsulla reallaşdırıb: “Baxmayaraq ki, əllərindəki kartlar heç də yaxşı deyildi”.
Makkeyn bildirib ki, ABŞ yanvarın 23-də Qazaxıstan paytaxtı Astanada Suriya münaqişəsinin nizamlanmasına dair keçiriləcək danışıqlara ancaq dəvətnamə ilə kifayətlənməli olub.
Qeyd edək ki, Con Makkeyn Rusiya əleyhinə mövqeyi ilə tanınır. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təşəbbüskarlarından biridir. (APA)