XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 11:17

“ASAN xidmət” mərkəzlərinin iş qrafikindədəyişiklik edilib

asan

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

ASAN-dan Trend-ə verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda, profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq. Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.