XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 11:58

Azərbaycan Gürcüstanla sərhəddə fitosanitarnəzarəti gücləndirəcək

Yanvarın 18-də Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə (DGK) malların sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müvafiq olaraq müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub.

Trend-in məlumatına görə, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələri iştirak ediblər.

Yeni avadanlıqlar DGK-ya "Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində təqdim edilir.

Xatırladaq ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı və DGK tərəfındən birgə icra olunur.

Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fıtosanitar yoxlamaları gücləndirmək, həmçinin "Sınıq Körpü" sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Təqdimat mərasimi zamanı "Gömrük-sərhəd buraxılış məntəqələrində sanitar-radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən və "İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi" (EXBS) proqramı çərçivəsində ABŞ Dövlət Departamenti tərəfindən Dövlət Gömrük Komitəsinə bu günədək verilən avadanlıqlann sərgisinin keçirilməsi də nəzərdə tutulur.