XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 15:37

Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçünqaydalar hazırlanır

AMEA Dilçilik İnstitutu tərəfindən başqa dillərdən keçən sözlərin düzgün yazılışını dəqiq müəyyənləşdirmək üçün transliterasiya qaydaları hazırlanır.

Trend-in məlumatına görə, bunu AMEA Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Saytların dil mənzərəsi" adlı tədbirdə deyib.

B.Məhərrəmli deyib ki, hazırda xarici dillərdə olan mürəkkəb sözlərin Azərbaycan dilində yazılışı zamanı transliterasiya qaydalarına riayət olunma baxımından ciddi qüsurlar var. Buna görə də hazırda institut tərəfindən transliterasiya qaydaları hazırlanır.

M.Məhərrəmli qeyd edib ki, transliterasiya qaydalarına da orfoqrafiya qaydaları kimi ciddi şəkildə riayət edilməlidir:

"Mübahisə doğuran sözlər daha çox alınma sözlərlə bağlıdır. Amma başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur".