Pakistanın Pəncab əyalətində “Laşkar-e Canqvi” terror qruplaşmasının başçısı Asif Çotu və daha 3 terrorçu məhv edilib.
Pakistan mətbuatının verdiyi məlumata görə, polislər qruplaşmanın Laxor şəhərində ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı planlaşdırdığı barədə məlumat alıblar. Polislər həmin ərazidə xüsusi əməliyyat hazırlayıb və terrorçular məhv edilib.
Pakistan hakimiyyətinin məlumatında bildirilir ki, Asif Çotunun 300 nəfərin qətlə yetirilməsində əli olub. Qeyd olunur ki, o, 2005-2012-ci illərdə həbsxanada cəza çəkib, sonra azadlığa buraxılıb(azərtac).