XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 02:35

İstanbulda antiterror əməliyyatı:5 nəfər saxlanılıb

antiterror

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun “Okmeydanı”nda DHKP-C (solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi) terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.

Bir helikopter və xeyli sayda xüsusi təyinatlının iştirakı ilə keçirilən əməliyyat çərçivəsində 5 nəfər saxlanılıb.

DHKP-C-nin Gənclik Federasiyası Dərnəyinə basqın zamanı polislər dəmir qapını qırmalı olublar.

Axtarış zamanı qruplaşmaya aid xeyli sənəd müsadirə edilib. Şübhəlilər saxlanılaraq əvvəlcə müayinə üçün xəstəxanaya, oradan isə polis idarəsinə aparılıb.  (APA)