XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 12:24

Qarabağa qanunsuz getmiş israilli bloqer Bakıya üzrxahlıq məktubu yazıb

lapsin

İsrail Azərbaycanın ekstradisiyasına hazırlaşdığı bloqqerin Bakıdan üzr istəməsini, beləliklə azadlığa buraxılmasını təklif edib.

Həm İsrail, həm də Rusiya vətəndaşı olan bloqqer Aleksandr Lapşin bir aydır ki, Belarusda həbsdə saxlanır. Onun həbsini Azərbaycan hökuməti istəyib. Çünki bloqqer Qarabağa Azərbaycanın icazəsi olmadan gedib, bundan başqa öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı «müstəqil ölkə» adlandırıb. Azərbaycan hökuməti onu beynəlxalq axtarışa verib və dekabrın 13-də Belarus ərazisində A.Lapşini saxlayıblar.

İLKİN VERSİYA YAZILIB

«Haarets» qəzeti yazır ki, İsrail rəsmiləri onun Bakıya məktub yazmasını, həm Qarabağa getdiyinə, həm də Azərbaycandakı rejimi tənqid etdiyinə görə üzr istəməsini təklif ediblər. Bloqqer özü təkliflə razılaşıb və məktubun ilkin versiyasını artıq yazıb. Bakı da razılığını versə, A.Lapşinin həbsi haqda orderi ləğv edə, Belarusa müraciətini geri götürə bilər.

Təklif artıq Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırılıb. İsrail diplomatlarının sözlərinə görə, onlar Azərbaycana bu məsələni böyütməyin əhəmiyyətsiz olduğunu bildiriblər, üzrxahlıq məktubunun ən yaxşı yol olduğunu, həm Azərbaycan və Belarus, həm də Rusiya və İsrailə sərf etdiyini söyləyiblər.

Qəzetə müsahibə verən İsrail rəsmisinin dediyinə görə, Azərbaycan təklifi rədd etməyib, amma cavab da, hələ ki, verilməyib.