XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 15:15

Qırmızı Xaç Komitəsi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

 

qirmizi-xac-loqo

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.

 Bu barədə  Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib: “Peter Maurer Ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, – deyə A. Səfixanlı söyləyib. (APA)

 Qeyd edək ki, əsgər Çingiz Qurbanov sərhəd zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.