XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 16:31

Milli Məclis KİV-in qaldırdığı problemlə bağlı işçi qrup yaratdı

meclis

Azərbaycan Milli Məclisində yeni işçi qrupu yaradılır.

Bu barədə Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, işçi qrupu ölkəyə gözün buynuz qişasının və digər toxumaların gətirilməsi problemlərinin həlli ilə bağlı müvafiq araşdırmalar aparacaq: “Bununla bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov göstəriş verib. Yəqin, gələn həftə Milli Məclisin adından Gömrük Komitəsinə və Səhiyyə Nazirliyinə məktub göndərəcəyik ki, onlar öz işçi qrupunda təmsil olunmaq üçün nümayəndələrini müəyyən etsinlər. Ondan sonra Səhiyyə komitəsinin deputatları və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin ekspertləri də daxil olmaqla işçi qrupu yaradılacaq”.

Millət vəkili vurğulayıb ki, işçi qrupu bu gün ölkəyə xaricdən gözün buynuz qişasının və digər toxumaların gətirilməsinə mane olan amilləri və bu amillərin aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu araşdıracaq: “Əgər lazım olsa qanunvericiliyə əlavə və dəyişikliklər olacaq və ya hökumətin müvafiq qərarlarına əlavə və dəyişikliklərin edilməsi tövsiyə olunacaq”.