XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 21:44

AZAL qiymətləri qaldırmayacaq –Direktordan açıqlama

AZAL

Dövlət Mülki Aviasiya Administrasiyası "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin biletlərinin qiymətlərinin artırılması məsələsinin gündəmdə olmadığını hesab edir.

Bunu parlamentin iqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında” qanuna dəyişikliklər barədə müzakirə zamanı qurumun direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, AZAL hər bir reysinə görə müxtəlif şərtlərlə 17 qiymət variantı təklif edir. Bundan başqa, A.Məmmədov millət vəkillərinin Azərbaycanda aviauçuşlara monopoliya ilə bağlı tənqidlərinə cavab verib.

O deyib: "Bildiyiniz kimi, hazırda Nazirlər Kabinetinin loukoster yaradılması barədə qərarı var. Eyni zamanda, ölkəyə beynəlxalq uçuşların 52 faizi xarici şirkətlər və yalnız 48 faizi AZAL tərəfindən həyata keçirilir”.

Trend