XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 23:11

ABŞ Suriya ilə bağlı Astanada keçiriləcək görüşdə iştirak edəcək? –Departamentdən açıqlama

departament

ABŞ Suriya nizamlanmasına dair Astanada keçiriləcək görüşə dəvəti nəzərdən keçirir.  

Bu barədə “Röyters”ə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.   

Bundan əvvəl “RİA Novosti”  bildirib ki, Rusiya tərəfindən ABŞ-ın Moskvadakı səfirliyinə təqdim olunan Qazaxıstanın dəvəti baxılması üçün Vaşinqtona göndərilib.  

Qeyd edək ki, Suriya silahlı müxalifətinin vahid nümayəndə heyəti və hökumətinin nümayəndələrinin iştirakı ilə danışıqlar  Astanada yanvarın 23-nə nəzərdə tutulub.   

Danışıqlara BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dəvət olunub.  

APA