XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 12:29

Bakıda yağış, rayonlarda qar yağacaq –Sabahın hava proqnozu açıqlandı

qar-samaxi-baki

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.