XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2017 - 17:53

Gürcüstanda qaz böhranı –Müxalifət təcili izahat tələb edir

Gurcustan-16

Gürcüstan müxalifəti “Qazprom”la imzalanan müqavilə ilə əlaqədar olaraq siyasi debatların keçirilməsini tələb edir.

Bunu jurnalistlərə açıqlamasında Avropa Gürcüstanı fraksiyasının rəhbəri Serqo Ratiani söyləyib:.

“Bu müqavilə dövlət üçün çox vacib mövzudur. Biz tələb edirik ki, parlamentdə siyasi debatlar keçirilsin. Kaladze bu debatlara gəlmədiyinə görə, hakim partiya hökumətin niyə antidövlət xarakterli fəaliyyət həyata keçirdiyinə görə cavab verməli olacaq”(Axar.az).

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında yeni qaz müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı ilin 31 dekabrına qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.