XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 19:12

Lavrov:“Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır”

lavrov-2

Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır, Astanadakı görüşün isə bu prosesin parametrlərinin işlənib hazırlanmasında mühüm töhfə olacağı gözlənilir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib:

“Ümidvericidir ki, Suriya məsələsində müsbət irəliləyiş nəzərə çarpır. Artıq hamı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında ümummiili dialoqun aparılması yolu ilə siyasi-diplomatik həllin alternativi olmadığı ilə razıdır”.

Lavrov əlavə edib ki, bununla əlaqədar Moskva Astanadakı görüşü bu prosesin parametrlərinin işlənib hazırlanmasında mühüm töhfə kimi qiymətləndirir və bu, fevralın əvvəlində Cenevrədə planlaşdırılan daha geniş tədbirlərdə davam edəcək.

Azadliq.info