Yəməndəki durum siyasi böhran fonunda kəsklinləşib
Süveyş kanalının administrasiyası xəbər verir ki, Ədən körfəzinə nəzarət üçün dörd hərbi gəmi göndərilib.
Reuters xəbər verir ki, Qahirə Yəməndəki hərbi əməliyyatlara qatılmaq üçün Hərbi Dəniz və Hərbi Hava qüvvələrini Yəmənə göndərir.
Yəməndəki durum siyasi böhran fonunda kəsklinləşib. ölkənin güneyində əl-Qaidə qruplaşması fəaliyyət göstərir, mərkəzində isə ölkədən qaçmış prezident Əbdürrəbbi Mənsur Hadiyə loyal qoşunlarla “Ənsari-Allah” hərəkatını dəstəkləyən şiə qiyamçılar arasında döyüş gedir.
Səudiyyə Ərəbistanı bununla bağlı Yəmənlə həmsərhəd bir neçə bölgəyə xeyli hərbi texnika yerləşdirməyi qərara alıb. Səudiyyə şiə husilərin mövqelərinə aviazərbələr endirib, nəticədə şiə yaraqlılarının Sənada yerləşən aviabazası və bir neçə cəbbəxana dağıdılıb.
ABŞ bildirib ki, Səudiyyəyə logistik və kəşfiyyat dəstəyi verir.