"Krım tatarları Krım yarımadasını tərk etməməlidir".
Bu sözlər Krım tatarlarının lideri Mustafa Cəmilovun Krım Muxtar Respublikası günü ilə əlaqədar yaydığı bəyanatda yer alıb.
O, Qərbi Krıma qarşı sanksiyaları dayandırmamağa çağırıb:
“Biz öz həmvətənlərimizi ərazilərini tərk etməməyə səsləyirik. Krımın azad olunması yolunu aqressor ölkəyə təzyiqdə görürük. İqtisadi sanksiyalar o dərəcədə effektiv olmalıdır ki, aqressoru özünü normal aparmağa məcbur etsin”.
Qeyd edək ki, Krım Ukrayna ərazisidir və 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilib.
Axar.az