XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2017 - 22:53

“Rusiya və Türkiyə Suriya məsələsində davamlı olaraq təmas qurur” –Peskov

peskov

"Rusiya və Türkiyə Suriya məsələsində fərqli səviyyələrdə davamlı olaraq təmas qurur".

Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib.

İsveçrənin Cenevrə şəhərində Suriya danışıqlarına fasilə verildiyini xatırladan Peskov "Astana danışıqları müzakirə formatının yenidən başlaması və gücləndirilməsinə töhfə verərsə, bu müsbət bir hadisə olacaq", – deyib(Axar.az).

Qeyd edək ki, Astana sammitinin 23 yanvarda həyata keçirilməsi gözlənilir. Görüşdə Türkiyə, İran, Rusiya, ABŞ və BMT-dən olan nümayəndələrin iştirakı nəzərdə tutulub.