XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 01:07

Binali Yıldırım:“Hücumun arxasında solçu təşkilatlardan birinin durduğu ehtimal olunur”

binali-3

Türkiyə baş naziri Binali Yıldırım hakim partiyanın binasının qumbaraatandan atəşə tutulmasını pisləyib.

O, hücumun arxasında solçu təşkilatlardan birinin durduğunun ehtimal edildiyini bildirib.

“Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir. Bu  Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və yaxud Marksist Leninist Kommunist Partiyası (MLKP) ola bilər. Kim edibsə etsin, alçağın biridir”, deyə B. Yıldırım bildirib.

Faktla bağlı prezident Ərdoğanın məlumatlandırıldığı qeyd olunur. Qeyd edək ki, ötən axşam İstanbulda hakim “Ədalət və İnkişaf Partiyasının” (AKP) binası qumbaraatandan atəşə tutulub.  (APA)