XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 09:39

Türkiyə parlamenti prezident üsul-idarəsinə keçidlə bağlıdəyişiklik layihəsini qəbul edib

TBMM 2

Türkiyə Böyük Millət Məclisi prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.

Səsvermə yanvarın 21-də baş tutub.

Səsvermədə iştirak edən 448 deputatdan 339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.   (APA)