İranın Xarici İşlər Nazirliyinin ərəb və Afrika ölkələri üzrə departamenti rəhbərinin müavini Hüseyn Cabiri Ənsarinin başçılıq etdiyi nümayəndə heyəti Suriya üzrə Astana danışıqlarında iştirak etmək üçün yanvarın 21-də Qazaxıstan paytaxtına yola düşüb.
Strateq.az xəbər verir ki, Rusiya, Türkiyə və İranın himayəsi ilə keçiriləsi danışıqlara hazırlıq öncəsi üç ölkə arasında məsləhətləşmələr aparılacaq.
Astana müzakirələri yanvarın 23-də başlamalıdır.
Ə.Rzazadə