“Ekspertlər Şurasının rəhbəri Ayətullah Əhməd Cənnətinin ağır vəziyyətdə xəstəxanada olması haqqında xəbər yalandır”.
Strateq.az xəbər verir ki, bunu İranın Ekspert Şurası sözçüsü Abbas Ali Kədxodayi deyib.
“Ayətullah Cənnəti ümumi səhhəti yaxşıdır və bu gün o, Ekspertlər Şurasının iclasında iştirak edib”, – deyə o, əlavə edib.
Bu gün İranın bir sıra internet resursları Ayətullah Əhməd Cənnətinin xəstəxanada olması barədə məlumatlar yayıb.
M.Rzasoy